Rusiya: "Ukraynada uzunmüddətli nizamlanma olmadan atəşkəs qəbuledilməzdir"

Rusiya ABŞ-ın Ukraynada tezliklə atəşkəs əldə etmək səylərini tanıyır, lakin bu, Moskva üçün qəbuledilməzdir və Rusiya-ABŞ münasibətləri üçün ciddi nəticələrlə təhdid edir.
Reportyor.az xəbər verir ki, bu barədə RİAməlumat yayıb.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bazar ertəsi verdiyi açıqlamada “Amerika tərəfinin tezliklə atəşkəs əldə etmək istəyini kifayət qədər əminliklə qəbul edə bilərik. Ancaq ... uzunmüddətli nizamlanma olmadan atəşkəs döyüşlərin sürətlə bərpasına və daha ciddi nəticələrə, o cümlədən Rusiya-Amerika münasibətləri üçün nəticələrə səbəb olan münaqişənin bərpasına aparan yoldur. Biz bunu istəmirik” - deyib.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 09:43