mobil versiya

“Moskva tezliklə ABŞ-ın sanksiyalarına cavab verəcək” - Zaxarova



“Moskva tezliklə ABŞ-ın yeni sanksiyalarına öz cavabını verəcək”.

REPORTYOR.AZ TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib:

“Bizim cavabımız qaçılmazdır və o hazırlanır. Siz onu tezliklə biləcəksiniz. Ekspertlərimiz hazırda birbaşa cavab addımlarının hazırlanması ilə məşğuldurlar”.

Zaxarova qeyd edib ki, Vaşinqton yeni anti-Rusiya sanksiyalarını tətbiq edərək sadəcə Moskva ilə münasibətləri pozmağa çalışır.
SON XƏBƏR / KARUSEL
Tarix: 15-04-2021, 19:15