Almaniya indiyədək Ukraynaya 44 milyard avro dəyərində maliyyə, iqtisadi və hərbi dəstək verib

"Üç ildir ki, Rusiyanın qəddar işğalçı müharibəsinə qətiyyətlə müqavimət göstərən Ukrayna təkcə öz ölkəsini və azadlığını deyil, həm də BMT Nizamnaməsinin dəyər və prinsiplərini müdafiə edir. Ukrayna bu məsələdə tək deyil, dünyanın hər yerindən kömək alır. Almaniya indiyədək Ukraynaya 44 milyard avro dəyərində maliyyə, iqtisadi və hərbi dəstək verib. Qəbul etdiyimiz 1,18 milyon ukraynalı qaçqını ilə Almaniya ən çox qəbul edən ölkədir".
Reportyor.az xəbər verir ki, bunu Almaniyanın ölkəmizdəki səfirliyi Rusiyanın Ukraynaya işğalının üçüncü ildönümünü münasibətilə sosial şəbəkədə paylaşımda yazıb.
"Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Çünki bizə aydındır ki, Ukraynaya dəstək təkcə Ukrayna üçün deyil, Avropa və bütün dünya üçün təhlükəsizliyə sərmayədir. Bu, bütün dünya ictimaiyyəti üçün bir vəzifə olaraq qalır. Rusiya üçün bu müharibə strateji uğur deyil – hətta rus təbliğatı bizi buna inandırsa belə.
Heç kim sülhü Ukraynadan çox istəmir. Lakin bu sülh ədalətli və davamlı olmalıdır və Ukrayna xalqının başı üzərində danışıqlar aparılmamalı və qərarlar verilməməlidir. Ukraynanın suverenliyi və təhlükəsizliyi qorunmalıdır. Bütün diplomatik səylər buna yönəldilməlidir".

KARUSEL / CƏMİYYƏT
Tarix: 24-02-2025, 16:54