Somali hökuməti hərbi əməliyyatlarda 70 Əl-Şabab üzvünü öldürüb

Ordunun yerli qüvvələrlə Somalidə keçirdiyi əməliyyat zamanı “Əş-Şəbab” islamçı silahlı qruplaşmasının 70-dən çox üzvü öldürülüb.
Reportyor.az xəbər verir ki, bu barədə ölkənin İnformasiya Nazirliyi məlumat yayıb.
Əl-Qaidə ilə əlaqəli Əl-Şəbab kasıb ölkədə İslam qanunlarını bərqərar etmək üçün 15 ildən artıqdır ki, federal hökumətlə mübarizə aparır.
"Milli Ordu və yerli qüvvələrin koordinasiyalı səyləri nəticəsində 70-dən çox ekstremist yaraqlı məhv edilib. Hərbiçilərin əhəmiyyətli itkilərinə əlavə olaraq, böyük silah anbarı ələ keçirilib və ekstremistlərin istifadə etdiyi bir neçə döyüş maşını məhv edilib” - nazirliyin bəyanatında deyilir.
Əməliyyat çərşənbə axşamı Somalinin cənubundakı Hirshabelle əyalətində bir neçə yerdə həyata keçirilib.
Əl-Şəbab paytaxt Moqadişu və qeyri-sabit Afrika Buynuzu ölkəsinin bir sıra digər bölgələrində çoxsaylı bomba və digər hücumlar həyata keçirib.
2011-ci ildə Afrika İttifaqı qüvvələri tərəfindən paytaxtdan qovulsalar da, qrup hələ də kənd yerlərində mövcuddur.
Somali prezidenti Əl-Şəbab-a qarşı “tam” müharibə vəd edib. Ordu AU qüvvələri və ABŞ-ın hava hücumları ilə dəstəklənən hərbi kampaniyada yerli milislərlə birləşib.
KARUSEL / DÜNYA
Tarix: 26-02-2025, 12:11