Bəzi cəzaçəkmə müəssisələrində sıxlıq var

Monitorinqlərin aparıldığı müəssisələrdə təmir-bərpa işlərinin həyata keçirilməsi, bəzi hallarda yeni müəssisələrin tikilib istifadəyə verilməsi şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir.
Reportyor.az xəbər verir ki, bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən insan hüquqlarının qorunması haqqında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.
Məruzədə bildirilib ki, Lənkəranda müasir penitensiar kompleksin istifadəyə verilməsi xüsusilə qeyd olunmalıdır:
“Ümumi saxlama limiti 1 300 nəfər olan və iki hissədən ibarət olmaqla inşa edilmiş kompleks Lənkəran və ətraf rayonlardan olan təqsirləndirilən şəxslərin və məhkumların saxlanılmasına, bununla da həmin şəxslərin ailə üzvləri ilə vaxt itkisi olmadan və əlavə yol xərcləri çəkmədən görüşmələrinə şərait yaradacaq”.
“Qeyd olunan müəssisənin istifadəyə verilməsi sıxlığın azalmasına şərait yaratsa da, ötən il həyata keçirilən başçəkmələr zamanı Bakı İstintaq Təcridxanası, 2 saylı İstintaq Təcridxanası, 7, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində bu problemin hələ də qaldığı müşahidə edilib”, - deyə məruzədə qeyd edilib.
KARUSEL / CƏMİYYƏT
Tarix: Bu gün, 10:06