mobil versiya

Oljas Bektenov Bakıda Zəfər parkını ziyarət edib



Azərbaycan Respublikasında səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov martın 3-də Bakıda Zəfər parkını ziyarət edib.

Reportyor.az xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstanın Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi. Bildirildi ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 11:35