Latviyadan Azərbaycana ərzaq ixracı artır

Reportyor.az Trend-ə istinadla xəbər verir ki, bunu bu gün Latviyanın ticarə-sənaye palatasının Aİ layihələri üzər departamentinin direktoru Liqa Siçyova Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrin inkişafına həsr olunmuş B2B Forumunda etdiyi çıxışda deyib.
Siçyova qeyd edib ki, Latviya əsasən Azərbaycana heyvan mənşəli məhsullar, qida məhsulları, kimya sənayesi məhsulları və əczaçılıq məhsulları ixrac edir.
“Bizi xüsusilə Azərbaycana ərzaq məhsulları ixracının artması sevindirir və bu göstəricilər artmaqda davam edir”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, Latviya Azərbaycandan başlıca olaraq metal, maşınqayırma məhsulları, o cümlədən qida məhsulları və tərəvəz idxal edir.
“Biz ticarətin hər iki istiqamətdə inkişaf etməsindən məmnunuq, çünki yalnız qarşılıqlı mübadilə şəraitində möhkəm iqtisadi əlaqələrdən danışmaq olar”, - deyə L. Siçyova qeyd edib.
Qeyd edək ki, Bakı şəhərində Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş B2B Forum keçirilir. Tədbir LEF Network Azerbaijan layihəsi çərçivəsində, “Caspian Energy Club”un təşkilati dəstəyi ilə baş tutub.
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 12:40