Əmək müqavilələrinin sayı nə qədər olub?

İş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 461 min 66 vahid artıb və 2025-ci ilin mart ayının 1-nə 1 milyon 862 min 981 olub.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 435 min 264 vahid artaraq 975 min 186 təşkil edib
KARUSEL / İQTİSADİYYAT
Tarix: 12-03-2025, 12:17