mobil versiya

Telegram-ın qurucusu Durov Dubaya qayıdıb



Telegram-ın Rusiya əsilli qurucusu və baş direktoru Pavel Durov bazar ertəsi Dubaya qayıtdığını bildirib.

Durov ötən ilin avqustunda Paris yaxınlığındakı hava limanında həbs edilmiş və daha sonra Fransadan çıxmasına qadağa qoyularaq rəsmi istintaqa cəlb edilmişdi.

Reportyor.az xəbər verir ki, Durov bildirib ki, o, Telegram-da cinayətkarların fəaliyyəti ilə bağlı araşdırmaya görə bir neçə ay Fransada olub. Proses davam edir, lakin evdə olmaq əla hissdir.

“Bunun baş verməsinə imkan verən müstəntiq hakimlərinə, eləcə də vəkillərimə və komandama, söhbət moderasiyadan, əməkdaşlıqdan və cinayətlə mübarizədən gedirsə, illər boyu Telegramın nəinki qanuni öhdəliklərini yerinə yetirdiyini, həm də onları aşdığını nümayiş etdirməkdə göstərdikləri amansız səylərə görə təşəkkür etmək istəyirəm” deyib.

KARUSEL / DÜNYA
Tarix: 17-03-2025, 16:04