Türkiyə hakimiyyəti İstanbul merinin və digərlərinin həbsinə qərar verib

Türkiyə hakimiyyəti İstanbul meri Ekrem İmamoğlu, o cümlədən jurnalistlər və iş adamlarının da olduğu 100-ə yaxın şəxsin həbsinə göstəriş verib.
Reportyor.az xəbər verir ki, bu barədə “Sabah” xəbər saytı məlumat yayıb.
Səhər tezdən İmamoğlunun media müşaviri Murat Ongun X-də yazdığı paylaşımda səbəb göstərilmədən saxlanıldığını bildirib.
X-də yüzlərlə polisin evinin qarşısında olduğunu deyən İmamoğlu təslim olmayacağını və təzyiqlər qarşısında dik durmağa davam edəcəyini bildirib.
CNNTürk telekanalının canlı görüntülərinə görə, İmamoğlunun evinin qarşısında onlarla çevik polis olub. CNNTürk bildirib ki, polis qüvvələri istintaq çərçivəsində onun evində axtarış aparır.
KARUSEL / DÜNYA
Tarix: 19-03-2025, 08:47



























