Qarın hündürlüyü Şahdağda 2 sm təşkil edir -Faktiki hava

Martın 19-u saat 9:00-a olan faktiki hava açıqlanıb.
Reportyor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin martın 19-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Hazırda bəzi ərazilərdə şimal-qərb küləyi əsir, küləyin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s, Tovuzda 20 m/s, Mingəçevir, Daşkəsən, Naftalan və Yardımlıda 18 m/s, Şamaxıda 16 m/s, Şəki və Şuşada 15 m/s-dək güclənib.
Dağlıq ərazilərə qar yağıb, qarın hündürlüyü Şahdağda 2 sm təşkil edir.
KARUSEL / ÖLKƏ
Tarix: 19-03-2025, 09:37