576 ədəd müxtəlif çaplı patron aşkar edərək götürülüb

Aprelin 5-də və 6-da qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
Reportyor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 5-də və 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 5 tüfəng, 16 patron darağı və 576 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
KARUSEL / HADİSƏ
Tarix: 7-04-2025, 10:42