Vətəndaşlardan 49 ədəd müxtəlif çaplı patron təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.
Bu barədə DİN mətbuat xidməti məlumat yayıb. İyulun 20-də və 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 14 tüfəng, 3 patron darağı və 49 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 22-07-2024, 10:53