Həftənin ən yaxşısı adına namizədlər açıqlanıb

Reportyor.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu ada Deklan Rays (“Arsenal”), Alessandro Bastoni (“İnter”), Xviça Kvaratsxeliya (PSJ) və Robert Levandovski (“Barselona”) iddia edir.
Rays Londonda “Real”a qalib gəldikləri (3:0) matçda cərimə zərbəsindən iki baxımlı qola imza atıb. Levandovski Dortmund “Borussiya”sını məğlub etdikləri (4:0) qarşılaşmada eyni sayda qol vurub. Kvaratsxeliya doğma meydanda “Aston Villa”nı üstələdikləri (3:1) görüşdə adını tabloya yazdırıb. Bastoni isə Almaniyada “Bayern”i yendikləri (2:1) matçda müdafiədə etibarlı oyunu ilə seçilib.
Həftənin ən yaxşı futbolçusu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.
KARUSEL / İDMAN
Tarix: 10-04-2025, 10:24