Hava daha da kəskinləşəcək - Xəbərdarlıq

Reportyor.az xəbər verir ki, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Böyük və Kiçik Qafqazın, Naxçıvan Muxtar Respublikasının və Lənkəran-Astara zonasının ərazisindən axan bəzi çaylarda daşqın və sel riski daha yüksəkdir.
Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacağı, bəzi ərazilərdə leysan xarakterli olacağı gözlənilir. Ayın 16-da isə yağıntıların daha intensiv olacağı ehtimalı var.
KARUSEL / ÖLKƏ
Tarix: 11-04-2025, 17:28