mobil versiya

Sabah leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq



Bakıda və Abşeron yarımadasında gözlənilən hidrometeoroloji hadisə haqqında növbəti xəbərdarlıq verilib.

Reportyor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 15-dən 16-na keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Aprelin 17-si səhər yağıntılar kəsiləcək.


KARUSEL / ÖLKƏ
Tarix: 15-04-2025, 16:03