Sabah Bakıda 25 dərəcə isti olacaq

Aprelin 23-də gözlənilən hava şəraiti açıqlanıb.
Reportyor.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin 22-dən 23-nə keçən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.
KARUSEL / ÖLKƏ
Tarix: 22-04-2025, 12:15