Uşaqların I sinfə qəbulu prosesinə start verilir

Mayın 1-də 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
Reportyor.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 28-04-2025, 13:45