Dəməşq yaxınlığında yeni toqquşmalarda 11 nəfər ölüb

Bir gün əvvəl məzhəblərarası zorakılığın yayılması nəticəsində Dəməşq yaxınlığında təhlükəsizlik qüvvələri ilə qanunsuz qruplar arasında bir gecədə başlayan qarşıdurmalarda 11 nəfər ölüb.
Reportyor.az xəbər verir ki, bu barədə Dövlət xəbər agentliyi SANA məlumat yayıb.
Ölənlərin kimliyi ilə bağlı açıqlama verilmir. Səhiyyə Nazirliyinin bəyanatında deyilir ki, Səhnaya bölgəsində qeyri-qanuni qrupların mülki şəxsləri və təhlükəsizlik qüvvələrini hədəf almasından sonra ölənlərin sayı 11 nəfərə çatıb, çoxlu yaralı var.
KARUSEL / DÜNYA
Tarix: 30-04-2025, 12:43



























