Nazir: Ötən il fermerlərə 362 milyon manatdan çox subsidiya ödənilib
Bu sözləri Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov IV Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O vurğulayıb ki, bu yalnız rəqəm deyil, bu, kəndin həyatına, ailələrin rifahına, məhsuldarlığın artımına verilmiş dəstəkdir.
“Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, regionların inkişafı və kənd təsərrüfatının strateji sektor kimi önə çəkilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Məhz bu siyasi iradə sayəsində aqrar sahəyə göstərilən diqqət bu gün real nəticələr, artan fermer məmnuniyyəti və dayanıqlı inkişafla öz təsdiqini tapır”,- deyə nazir qeyd edib.
KARUSEL / İQTİSADİYYAT
Tarix: 2-05-2025, 10:34