Prokurorluq orqanları tərəfindən 75,3 milyon manatdan artıq məbləğdə ziyan ödətdirilib
"Prokurorluq orqanları tərəfindən 75,3 milyon manatdan artıq məbləğdə ziyan ödətdirilib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub".
Reportyor.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Geniş Kollegiya iclasında çıxışında deyib.
Baş prokuror bildirib ki, 2024-cü ildə prokurorluq orqanları tərəfindən 75 milyon 300 min 895 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
Həmçinin, əlavə edilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 3 milyon 453 min 680 manat məbləğində pul vəsaiti ödənilib, 33 milyon 432 min 362 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.
KARUSEL / CƏMİYYƏT
Tarix: Dünən, 10:21