mobil versiya

Ötən il dövlət büdcəsinə 103 milyon manatdan çox ziyan dəyib



Ötən il 4 anatilik fəaliyyət həyata keçirilib ki, bunlardan 3-ü başa çatdırılıb. Aşkar olunmuş nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov mətbuat konfransında çıxışı zamanı deyib.
Sədrin sözlərinə görə, büdcəyə dəymiş ziyan 103,2 milyon manat müəyyən olunub.
“2023-cü ildə Hesablama Palatasının analitik fəaliyyəti 3 milyard 623,3 milyon manat vəsaiti əhatə edib”, - deyə Vüqar Gülməmmədov qeyd edib.


KARUSEL / İQTİSADİYYAT
Tarix: 8-04-2024, 16:30