mobil versiya

İrakli Kobaxidze "Gürcü Arzusu"nun sədri seçilib



Baş nazir İrakli Kobaxidze Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının sədri seçilib.

"Sputnik-Georgia" xəbər verir ki, müvafiq qərar bu gün qəbul edilib.

O, 2021-2024-cü illərdə artıq bu vəzifəni tutub.
Qeyd edək ki, bu siyasi təşkilatın əvvəlki sədri İrakli Qaribaşvili aprelin 25-də siyasətdən və partiya rəhbərliyindən getdiyini açıqlayıb.(apa)




KARUSEL / DÜNYA
Tarix: 7-05-2025, 14:53