Əli Əlizadə Pakistanın İrandakı səfiri ilə görüşüb

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə Pakistanın İrandakı səfiri Məhəmməd Mudassir Tipu ilə görüşüb.
Reportyor.az xəbər verir ki, Ə.Əlizadə bu barədə sosial şəbəkədə paylaşım edib.
“Qardaşım və əziz həmkarım Pakistanın İran İslam Respublikasındakı səfiri Məhəmməd Mudassir Tipu ilə görüşdüm. Həmrəyliyimizi təkrarladıq və Hindistan və Pakistan arasında atəşkəs bəyannaməsini alqışladıq”.

KARUSEL / SİYASƏT
Tarix: 12-05-2025, 16:57