mobil versiya

Rayonlarda dolu düşəcək - Xəbərdarlıq



Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.

Reportyor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq məlumatı yayıb.

Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda, o cümlədən Kür çayının aşağı axınında sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

KARUSEL / ÖLKƏ
Tarix: 12-05-2025, 17:16