Kallas: Aİ nazirləri Suriyaya iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılığa gəlib

Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Kaja Kallas Brüsseldə toplaşan nazirlərin Suriyaya qarşı iqtisadi sanksiyaların ləğvi ilə bağlı razılığa gələcəyinə ümid etdiyini bildirib.
Reportyor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Rəsmilər bildiriblər ki, nazirlər Əsəd rejimi ilə bağlı sanksiyaları saxlamaqla və insan haqlarını pozanlara qarşı tədbirlər tətbiq etməklə iqtisadi sanksiyaları ləğv etmək üçün siyasi qərarı nəzərdən keçirirlər.
Kallas "aydındır ki, biz Suriyada insanlar üçün iş və dolanışıq vasitələrinin olmasını istəyirik ki, bu da daha sabit bir ölkə olsun" deyib.
KARUSEL / DÜNYA
Tarix: 20-05-2025, 13:39