Almaniyada təhsil və tədqiqat aparanlar üçün 33 təqaüd təqdim ediləcək

Bu gün Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Azərbaycan universitetləri və elmi-tədqiqat institutlarının tələbə və alimlərinə Almaniyada təhsil və tədqiqat aparmaq üçün 33 təqaüd təqdim olunacaq.
Reportyor.az xəbər verir ki, bu barədə Almaniyanın ölkəmizdəki səfirliyindən məlumat verilib.
Bildirilir ki, təqaüdləri Almaniya səfirinin müavini Heiko Schwarz təqdim edəcək.
Bu il də müxtəlif sahələrdən olan tələbələr və alimlər DAAD təqaüdü çərçivəsində təhsil və ya tədqiqat üçün Almaniyaya səfər edəcək. Digər təqaüdlərlə yanaşı, iki illik magistratura proqramları üçün də 19 təqaüd veriləcək.
Alman Akademik Mübadilə Xidməti (DAAD) akademik sistemi beynəlmiləlləşdirmək, almanşünaslığı və alman dilini təbliğ etmək üçün Alman universitetləri və onların tələbə qurumlarının təşkilatıdır. DAAD tələbə və elm adamlarının beynəlxalq mübadiləsini dünyada təşviq edən ən böyük təşkilatdır. Bu il DAAD yüzillik yubileyini qeyd edir.
DAAD Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir. Azərbaycan Texniki Universitetində və Azərbaycan Dillər Universitetində DAAD-ın lektoratlığı var. 2021-ci ildə Tiflisdə Cənubi Qafqazın üç ölkəsinə cavabdeh olan DAAD- ın regional ofisi açılıb.
KARUSEL / CƏMİYYƏT
Tarix: 21-05-2025, 10:28