mobil versiya

Pentaqon rəhbəri rəsmi olaraq Qətərdən Boeing 747-ni qəbul edib



Pentaqon rəhbəri Pete Hegseth federal qanuna uyğun olaraq Qətərdən Boeing 747 təyyarəsini qəbul edib.

Reportyor.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib.

Pentaqonun sözçüsü Sean Parnell verdiyi açıqlamada, "Müdafiə Departamenti ABŞ Prezidentinin daşınması üçün istifadə edilən bir təyyarə üçün lazımi təhlükəsizlik tədbirlərini və funksional missiya tələblərinin nəzərə alınmasını təmin etmək üçün çalışacaq" deyib.

Prezident Donald Tramp bildirib ki, Boeing Amerika prezidentini daşımaq üçün istifadə edilən yeni Air Force One təyyarəsinin tikintisini başa çatdırana qədər ABŞ ianəni qəbul edəcək.

KARUSEL / DÜNYA
Tarix: 22-05-2025, 09:26