ABŞ Çinə görə “Boeing”i 51 milyon dollar cərimələyib
Razılaşmanı pozduğuna görə “Boeing” cərimə kimi 51 milyon dollar ödəməyə məcbur edilib.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təşkilat müdafiə təyinatlı məhsulların ixracı qaydalarını pozub, həmçinin texniki məlumatları Çinə ötürüb.
36 aylıq razılaşmanın şərtlərinə əsasən, “Boeing” 51 milyon dollar cərimə ödəyəcək.
Şirkət qanun pozuntularının nəticələrinin aradan qaldırılması üçün tədbir görərsə, cərimənin 24 milyon dolları silinəcək. Departament qeyd edib ki, şirkət ABŞ-ın milli təhlükəsizliyinə ziyan vurub.
KARUSEL / DÜNYA
Tarix: 1-03-2024, 15:52