mobil versiya

Havay adaları ABŞ Hərbi Dəniz Qüvvələrini milyonlarla dollar cərimələyib



Havay Səhiyyə Departamenti ABŞ Hərbi Dəniz Qüvvələrini Perl Harbor hərbi bazasından çirkab sularının icazəsiz axıdılmasına görə cərimələyib.
Məlumata görə, cərimənin məbləği 8,8 milyon dollar təşkil edib.
İdarədən qeyd ediblər ki, departamentin əməkdaşları müəyyən edilmiş normadan artıq 766 çirkləndirmə faktı qeydə alıblar.
Tullantı suları 2020-ci ilin yanvarından 2022-ci ilin iyuluna qədər axıdılıb.
Departament həmçinin Dəniz Qüvvələrinin kanalizasiya təmizləyici qurğusunun istismarı və texniki xidmətində 212 nasazlıq aşkar edib.
Mənbə: lenta.ru

İQTİSADİYYAT
Tarix: 29-09-2022, 11:34