mobil versiya

İran gəmisində 80 milyon dollarlıq heroin aşkarlanıb


ABŞ Hərbi Dəniz Qüvvələri İran gəmisində 80 milyon dollar dəyərində heroin aşkarlayıb.

AzPolitika.info” xəbər verir ki, ABŞ Dəniz Qüvvələri Mərkəzi Komandanlığının 5-ci Donanması mayın 10-da Oman körfəzindən keçən balıqçı gəmisindən 80 milyon dollar dəyərində heroin ələ keçirib.
Məlumata görə, içərisində 1965 kiloqram heroin yükü olan balıqçı gəmisi İranın Çabahar limanından çıxaraq beynəlxalq sulara daxil olduqdan sonra saxlanılıb.
Qeyd olunur ki, bu, son bir neçə gün ərzində ABŞ Sahil Mühafizəsi tərəfindən ələ keçirilən ikinci ən böyük narkotik partiyasıdır.
ABŞ Sahil Mühafizəsinin bazar ertəsi də 30 milyon dollar dəyərində metamfetamin və heroin yüklü gəmini saxladığı bildirilir.






KARUSEL / DÜNYA
Tarix: 12-05-2023, 14:13