“Qarabağ”ın U-11 komandası beynəlxalq turnirdə iştirak üçün Polşaya yola düşüb

Reportyor.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, U-11 “Murapol Cup” turnirində iştirak edəcək.
Ənənəvi beynəlxalq turnirin oyunları mayın 23-25-də keçiriləcək.
Baş məşqçi Eldəniz Qiyasovun rəhbərlik etdiyi komandada 14 futbolçu yer alıb: Rza Tağızadə, Elman Aydınov, İbrahim Abuşov, Məzahir Məmmədov, Kamran Rzayev, Kərim Topçibaşev, Tamerlan Baytalov, David Pavlov, Bəxtiyar Əzimov, Şakir Muradov, Elcan Qubadlı, Nihad Hüseynli, Əli Mehdiyev, Yusif Cəbrayılsoy.
Turnirin püşkatma mərasimi sabah gerçəkləşəcək.
KARUSEL / İDMAN
Tarix: 22-05-2025, 14:39