“Sabah”ın komandaları beynəlxalq turnirdə iştirak edəcək

Reportyor.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, komandalar bu gün turnirin keçiriləcəyi şəhərə yola düşüb.
“Sabah”ın U-13 komandası “Mançester Siti” (İngiltərə), “Konyaspor” və “Hatay Altın Gençlik” (hər ikisi Türkiyə) ilə eyni qrupda mübarizə aparacaq. U-15 isə İspaniyanın “Rayo Valyekano”, Türkiyənin “Konyaaltı” və “Manisa” komandaları ilə bir qrupda yer alıb.
U-13 ilk oyununu “Mançester Siti”yə, U-15 isə “Rayo Valyekano”ya qarşı keçirəcək.
Matçlar sabah səhər saatlarında baş tutacaq.
KARUSEL / İDMAN
Tarix: 16-04-2025, 15:18