“Qarabağ” dünya reytinqində irəliləyib

414 klubun yer aldığı siyahıya “Qarabağ”, “Sabah” və “Neftçi” komandaları da düşüb.
Ağdam təmsilçisi 144,5 xalla 64-cü pillədən 61-ci sıraya yüksəlib. “Sabah” 63,5 xalla 286-cı pillədən 302-ci, “Neftçi” isə 61,75 xalla 311-ci sıradan 318-ci yerə geriləyib.
Qeyd edək ki, siyahıya İngiltərənin “Mançester Siti” (304 xal) klubu başçılıq edir. İspaniyanın “Real Madrid”i 291 xalla ikinci, İtaliyanın “İnter” komandası isə 254 xalla üçüncü pillədə qərarlaşıb.
KARUSEL / İDMAN
Tarix: 11-10-2023, 11:20