mobil versiya

Qubada beynəlxalq futbol turnirinə start verilib




Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə idman paytaxtı Quba şəhərində 12 yaşadək futbolçular arasında “Ulduz Cup” beynəlxalq turniri start götürüb.
Quba Olimpiya İdman Kompleksində keçirilən turnirdə 5 ölkədən 8 komanda 2 qrupda mübarizə aparır.
A qrupunda Şimali Kipr millisi, “Bunyodkor” (Özbəkistan), “Ulduz” FA və “Quba” OİK, B qrupunda isə “Dinamo” (Minsk, Belarus), “Saburtalo” (Gürcüstan), “Qarabağ” və “Metak” qüvvəsini sınayır.
Turnirin açılış matçında “Ulduz” FA və “Bunyodkor” komandaları üz-üzə gəlib. Görüş Özbəkistan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, turnirə sentyabrın 6-da yekun vurulacaq.


KARUSEL / İDMAN
Tarix: 2-09-2024, 14:54