mobil versiya

Avro-2024: Türkiyə turnirdə mübarizəyə başlayır


Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında növbəti oyunlar keçiriləcək.
Görüşlər F qrupunda baş tutacaq. Əvvəlcə meydana Türkiyə və Gürcüstan komandaları çıxacaqlar. Görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Günün ikinci qarşılaşmasında isə Portuqaliya ilə Çexiya yığmaları üz-üzə gələcək. Matç 23:00-da başlayacaq.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
KARUSEL / İDMAN
Tarix: 18-06-2024, 10:05