mobil versiya

“Araz-Naxçıvan” Yüksək Liqanın qalibi olub






Futzal üzrə Azərbaycan Yüksək Liqasının qalibi açıqlanıb.

Bu gün “Neftçi” İK-nı 6:2 hesabı ilə üstələyən “Araz-Naxçıvan” titula sahib çıxıb. Komanda 19-cu dəfə Azərbaycan çempionu olub.

“Araz-Naxçıvan” 19 turdan sonra 49 xalla liderdir. İkinci sıradakı “Neftçi” İK-nın 43 xalı var.
“Qırmızı-ağlar” 2025/2026 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək. Rəqiblər iyulun 3-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.


KARUSEL / İDMAN
Tarix: 22-05-2025, 17:04