UEFA “Tottenhem”dən üzr istəyib

Final matçından sonra keçirilən mükafatlandırma mərasimində londonluların bəzi futbolçularının medal ala bilməməsi narazılıqla qarşılanıb.
UEFA rəsmilərindən biri “Reuters” agentliyinə verdiyi açıqlamada vəziyyəti belə izah edib:
“Böyük təəssüf hissi ilə bildiririk ki, mükafatlandırma mərasimində səhnədə təqdim edilməli olan medalların sayı yetərli olmadı. Bu, komanda üzvlərinin, o cümlədən zədəli futbolçuların sayının gözləniləndən artıq olması səbəbilə baş verdi.
Qısa müddətdə çatışmayan medallar “Tottenhem”in paltardəyişmə otağına göndərildi və klub nümayəndələrindən səmimi şəkildə üzr istədik”.
“Tottenhem” bu qələbə ilə tarixində ilk dəfə Avropa Liqasının qalibi olub.
KARUSEL / İDMAN
Tarix: 23-05-2025, 16:17