mobil versiya

Rusiyanın Ukraynaya ölümcül hücumundan sonra Tramp Putini “dəli” adlandırıb







ABŞ prezidenti Donald Tramp Moskvanın Ukraynaya qarşı ölümcül pilotsuz təyyarələr endirməsindən sonra rusiyalı həmkarı Vladimir Putini “dəli” adlandırıb.

Reportyor.az xəbər verir ki, bu barədə Tramp özünün “Truth” sosial platformasındakı paylaşımında bildirib.

"Rusiyalı Vladimir Putinlə həmişə çox yaxşı münasibətim olub, amma ona nəsə olub. O, tamamilə DƏLİ olub!. Mən həmişə demişəm ki, o, sadəcə bir parça deyil, BÜTÜN Ukraynanı istəyir və bəlkə də bu, doğrudur, amma bunu etsə, bu, Rusiyanın süqutuna səbəb olacaq!"

Bazar gününə keçən gecə Rusiyanın Ukraynaya qarşı rekord sayda pilotsuz uçan aparatları buraxması nəticəsində ən azı 13 nəfər həlak olub.

Bazar günü səhər saatlarında Tramp jurnalistlərə Ukraynaya qarşı son hücumdan xoş olmadığını və Moskvaya qarşı sanksiyaların artırılmasını  düşündüyünü deyib: "Mən onu çoxdan tanıyıram, həmişə onunla ünsiyyətdə oluram, lakin o, şəhərlərə raketlər göndərir və insanları öldürür və bu, heç xoşuma gəlmir".
KARUSEL / DÜNYA
Tarix: 26-05-2025, 09:37