ABŞ müdafiə naziri Pit Heqset Rusiyaya qarşı kiber hücumu dayandırıb

ABŞ-ın müdafiə naziri Pit Heqset ölkənin Rusiyaya qarşı bütün kiber əməliyyatlarına, o cümlədən hücum hərəkətlərinə fasilə verilməsi barədə göstəriş verib.
Reportyor.az xəbər verir ki, New York Times qəzetinin yazdığına görə, bu əmr ABŞ-ın Moskvaya qarşı əməliyyatlarının ümumi yenidən qiymətləndirilməsinin bir hissəsi idi, fasilənin müddəti və ya həcmi bəlli deyil.
"Əməliyyat təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə, biz kiber kəşfiyyat, plan və ya əməliyyatları şərh etmirik və müzakirə etmirik - deyib yüksək səviyyəli müdafiə rəsmisi.
Məlumata görə, dəyişiklik ABŞ prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara təkan verməsi və ABŞ liderinin ukraynalı həmkarı Vladimir Zelenskini Ağ Evdəki fırtınalı görüşündə təhqir etməsindən bir neçə gün sonra baş verib.
Qərb ölkələri Kremli Rusiyanın işğalı ilə mübarizə apararkən Ukraynaya dəstəyi zəiflətmək məqsədi daşıyan bir sıra insidentləri təşkil etməkdə ittiham edir.
Bu arada Tramp özünü Rusiya prezidenti Vladimir Putinlə Zelenski arasında vasitəçi kimi göstərib, Putinlə yaxınlaşma yolunda Kiyev və Avropanı kənara qoyub.
"Biz Putinlə bağlı narahat olmağa daha az vaxt sərf etməliyik", - Tramp bazar günü özünün Truth sosial platformasında yazıb.
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 12:21