Yaponiyada tikinti sahəsində baş verən partlayış nəticəsində 10 nəfər xəsarət alıb

Yaponiyanın paytaxtı Tokioda tikinti meydançasında baş verən partlayış nəticəsində 10 nəfər xəsarət alıb.
Reportyor.az bildirir ki, bu barədə Kyodo xəbər verir.
Tikinti meydançasında texniki xidmət maşınının alovlanmasından sonra partlayış baş verib, nəticədə inşaat işçiləri və yaxınlıqdakı mənzillərin sakinləri də daxil olmaqla 10 nəfər xəsarət alıb.
Polis partlayışın binanın bünövrəsinin inşası zamanı zədələnmiş borudan qaz sızması nəticəsində baş verdiyini ehtimal edir.
Keçən mart ayında Yaponiyanın mərkəzindəki Aiçi prefekturasının Toyota Siti şəhərində avtomobil hissələri zavodunda baş vermiş partlayış nəticəsində bir nəfər həlak olmuş, iki nəfər yaralanmışdı.
KARUSEL / DÜNYA
Tarix: 27-05-2025, 12:08