İran Avstriya kəşfiyyatını nüvə proqramı ilə bağlı “saxta” adlandırıb

Avstriya kəşfiyyatının nüvə proqramı ilə bağlı Birləşmiş Ştatlarla incə danışıqlar apardığı halda, Tehranın atom silahı əldə etmək istədiyini bildirən hesabatını “saxta” adlandırıb.
Reportyor.az xəbər verir ki, Avstriyanın daxili kəşfiyyat xidməti (DSN) qlobal təhdidlərə dair illik hesabatında bazar ertəsi bildirib ki, İranın nüvə silahı inkişaf etdirmə proqramı yaxşı inkişaf edib.
ABŞ, İsrail və digər Qərb ölkələri dəfələrlə İranı nüvə silahı əldə etmək cəhdində ittiham ediblər.
İran bu iddiaları qəti şəkildə rədd edir, əksinə, nüvə proqramını təkcə mülki məqsədlər üçün həyata keçirdiyini iddia edir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) məlumatına görə, İran dünyada uranı 60 faizədək zənginləşdirən yeganə ölkədir.
Bu nisbət hələ də nüvə silahı üçün tələb olunan 90 faiz həddi altındadır, lakin dünya gücləri ilə 2015-ci ildə imzalanmış sazişə əsasən müəyyən edilmiş 3,67 faiz limitindən xeyli yüksəkdir.
Avstriya hesabatında deyilir: “İranın sanksiyalar və razılaşmalar vasitəsilə silahlanmasının qarşısını almaq üçün edilən bütün səylər indiyədək səmərəsiz olub.
Cümə günü İranın Xarici İşlər Nazirliyi hesabatda yayılan “saxta məlumatları” pisləyib və Avstriya hökumətindən izahat tələb edib.
Qərargahı Avstriyanın paytaxtında olan MAQATE yaxın günlərdə İranın nüvə fəaliyyəti ilə bağlı öz icmalını dərc edəcək.
Donald Trampın birinci prezidentliyi dövründə 2015-ci ildə imzalanan sazişdən çıxmasından sonra İran və ABŞ, Tehranın nüvə proqramı ilə bağlı razılığa gəlmək üçün Omanın vasitəçiliyi ilə səy göstərir.
Ötən həftə Romada keçirilən müzakirələrdən sonra növbəti İran-ABŞ görüşünün tarixi hələ müəyyən edilməyib.
Cümə axşamı xarici işlər naziri Abbas Araqçi ABŞ-la razılaşmanın qaçılmaz olduğuna əmin olmadığınıdeyib.
Onun bəyanatı Trampın çərşənbə günü iki tərəfin həll yoluna çox yaxın olduğunu deməsindən sonra verilib.
KARUSEL / DÜNYA
Tarix: 30-05-2025, 14:49