mobil versiya

Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq





İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Reportyor.az xəbər evrir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq məlumatı yayıb.

Ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.




KARUSEL / ÖLKƏ
Tarix: 2-06-2025, 17:52