mobil versiya

Türkiyə sahillərində 5,8 bal gücündə zəlzələ olub, ölən və yaralananlar var




Türkiyə sahillərində baş verən güclü zəlzələ nəticəsində yaralananların sayı 69 nəfər çatıb.

Bu barədə Muğla vilayətinin valisi İdris Akbıyık bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində 55 nəfər xəstəxanaya müraciət edib, 14 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.
Muğla valisi əlavə edib ki, zəlzələ zamanı panik atak keçirərək xəstəxanaya çatıdırlan 14 yaşlı uşaq həkimlərinə səylərinə baxmayaraq həyatını itirib.
Qeyd edək ki, Egey dənizində 5,8 bal gücündə zəlzələ olub.(trend)





KARUSEL / DÜNYA
Tarix: 3-06-2025, 09:01