Çində zəlzələ olub, 53 nəfər ölüb
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən zəlzələ nəticəsində həlak olanların sayı 53 nəfərə çatıb, azı 60 nəfər yaralanıb.
Reportyor.az xəbər verir ki, 6.8 bal gücündə zəlzələ baş verib və episentri Everest bölgəsinə şimaldan aparan yolun üzərində yerləşən Tinqri rayonu olub. Bundan əvvəl isə ABŞ Geoloji Xidməti Nepal sərhədi yaxınlığında TMR-də 7,1 bal gücündə zəlzələ qeydə alındığını bildirmişdi.
Zəlzələ bundan başqa Nepalda, Butanda və Hindistanda binaları silkələyib. Dağıntı və itkilər barədə məlumat verilmir.
KARUSEL / DÜNYA
Tarix: Dünən, 09:02