Zəlzələ xaosunda 200-dən çox məhbus Malir həbsxanasından qaçıb

Kəraçidəki Malir həbsxanasından zəlzələ ilə əlaqədar təxliyə zamanı ən azı 216 məhbus qaçıb.
Reportyor.az xəbər verir ki, bunu yerli Geo.tv-yə həbsxana rəisi Ərşad Şah deyib. O, bazar ertəsi gecəsi qaçan 80-dən çox məhbusun geri alındığını, qalan qaçaqların axtarışı isə davam etdirildiyini təsdiqləyib.
Nəzarətçi Şah bildirib ki, zəlzələ zamanı təhlükəsizlik tədbiri olaraq 4 və 5 saylı dairələrdən məhbuslar kazarmadan çıxarılarkən həbsxanadan qaçmaq baş verib: "O zaman 600-dən çox məhbus kameraların xaricində idi. Xaosun içində 216 nəfər qaçmağa müvəffəq olub". O əlavə edib ki, 135-dən çox məhbus azadlıqdadır və axtarış tədbirləri davam edir.
Sindin daxili işlər naziri Zia-ül-Həsən Lancar qaçışın 700-dən 1000-dək məhbusun evakuasiyadan sonra əsas qapının yaxınlığında toplaşdığı zaman baş verdiyini, 100-ə yaxın məhbus qapını zorla açıb qaçdığını deyib: "Təxminən 46 nəfər tutuldu, qalanlarının isə tezliklə yenidən həbs olunacağını gözləyirik".
Nazir bildirib ki, qaçan bütün məhbusların kimliyi müəyyən edilib, onların yaşayış yerlərində və ona bitişik ərazilərdə məqsədyönlü reydlər aparılır. O, baş nazirə məlumat verildiyini təsdiqləyib və ona həbsxanaya şəxsən baş çəkməyi tapşırıb.
Qaçanların izlənməsi üçün polis, mühafizəçilər, Sərhəd Qoşunları, Xüsusi Mühafizə Bölməsi (SSU) və Çevik Hücum Qüvvələrinin (RRF) iştirakı ilə birgə əməliyyat keçirilib. Daha sonra hüquq-mühafizə orqanları həbsxananı tam nəzarətə götürüb.
KARUSEL / DÜNYA
Tarix: 3-06-2025, 09:46