Nigerdə terrorizmdə təqsirli bilinən məhbuslar iğtişaş törədib və həbsxanadan qaçıb
Nigerin Tilliberi regiondakı ciddi rejimli həbsxanadan terrorçuluqda təqsirli bilinən bir neçə məhbus qaçıb.
TASS xəbər verir ki, bu barədə “ActuNiger” portalı məlumat yayıb.
Ölkənin yeganə ciddi rejimli həbsxanası paytaxt Niameydən 50 kilometr məsafədə olan Kutukale şəhərində yerləşir.
Daxili İşlər Nazirliyi qaçan məhbusların sayını dəqiqləşdirməsə də, onların üsyan qaldırdığı məlumdur.
Artıq onların axtarışı üçün təhlükəsizlik qüvvələri səfərbər edilib. Hakimiyyət həmçinin tayfa başçılarının və dini liderlərin, eləcə də yerli əhalinin axtarışa cəlb edilməsi barədə göstəriş verib. Regionda komendant saatı elan edilib.(report)
KARUSEL / DÜNYA
Tarix: 12-07-2024, 12:35