O erməninin “baqaj”da hara aparıldığı məlum oldu - Dudayev açıqladı

Xəbər verildiyi kimi, Moskvanın mərkəzindəki Yaroslavsk dəmir yolu vağzalında 40 yaşlı Areq Samveloviç Şepixin bir qrup şəxs tərəfindən saxlanılaraq, “Mersedes” markalı maşının yük yerinə atılıb. Sonra isə naməlum istiqamətə aparılıb. Erməni əsilli bu şəxs internetdə müsəlmanları və çeçenləri təhqir etməsilə tanınıb.
“AzPolitika.info” Rusiya mediasına istinadla xəbər verir ki, Çeçenistanın Milli siyasət naziri Əhməd Dudayev həmin şəxsin oğurlanmadığını, çeçen hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını bəyan edib. O əlavə edib ki, Şepixinin dindarların dini hisslərini təhqir etmək məqsədi ilə törətdiyi ictimai hərəkətləri ilə bağlı araşdırma aparılır.
Dudayevin sözlərinə görə, həmin şəxs dəfələrlə etnik təmizləməyə və nasizmə çağırıb, dini və Allahı təhqir edib, həmçinin açıq-aşkar ekstremist fikirlər səsləndirib, azyaşlı uşaqlara təcavüz etmək niyyətində olduğunu bəyan edib.
Əvvəlki soyadı Oqanesyan olan və onu dəyişib Şepixin edən bu şəxsin aparıldığı “Mersedes”, rus mətbuatının yazdığına görə, Çeçenistan rəhbəri Ramzan Kadırovun yaxın adamı sayılan Səidəhməd Eldarbiyevin avtomobilini tez-tez müşayiət edirmiş. Bu da bir daha onu deməyə əsas verir ki, Oqanesyanı zibil kisəsi kimi “baqaja” atanlar Kadırovun adamlarıdır.
“Ostrojno Novosti”nin məlumatına görə, Oqanesyan Ximkidə yaşayıb və özünü biznesmen, “Rusiya qəhrəmanı” və top-menecer kimi təqdim edib.
KARUSEL / DÜNYA
Tarix: 4-06-2025, 15:52