Qətərin iştirak etdiyi “2025 Anadolu Feniksi” beynəlxalq təlimi başa çatıb

Qətər Hərbi Hava Qüvvələri və Birləşmiş Xüsusi Təyinatlı Qüvvələr Türkiyə Respublikasında keçirilən "Anadolu Feniks-2025" beynəlxalq təlimlərində iştiraklarını başa çatdırıb.
Reportyor.az xəbər verir ki, bu barədə Qətər mediası bildirib.

Təlimdə hərbi əlaqələrin möhkəmləndirilməsi, iştirakçı dövlətlər arasında təcrübə mübadiləsi, birgə əməliyyatların planlaşdırılması və icrası üzrə təlimlər, komanda-idarəetmə sistemlərinin tətbiqi, döyüş axtarış-xilasetmə əməliyyatlarının aparılması məqsədi ilə bir sıra qardaş və dost dövlətlər iştirak edib.
Təlimin yekununda iştirakçı ölkələrdən bir sıra yüksək rütbəli zabitlər qatılıb.

KARUSEL / DÜNYA
Tarix: 17-06-2025, 16:41