Azərbaycan xüsusi təyinatlılarının iştirakı ilə "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir

Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub.
Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.

“Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.
KARUSEL / CƏMİYYƏT
Tarix: 7-05-2024, 10:54